İran: ABŞ-ın sanksiyaları, təhdidləri danışıqlarda ciddiliyə inamsızlığı artırır


İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Erakçi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, görüşdə Erakçi Quterreşi ABŞ-la danışıqlar prosesi haqqında məlumatlandıraraq, İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdə israrlı olduğunu və bunun zənginləşdirilməsini tələb etdiyini bildirərək, ABŞ-ın danışıqlar zamanı Tehranın uranı zənginləşdirmək istəyinə qarşı çıxdığına diqqət çəkib.

Erakçi deyib: "İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzvü kimi öz öhdəliklərinə sadiq qalmasına baxmayaraq, nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdə israrlıdır ki, bu da zənginləşdirməni (uranın) tələb edir".

O, daha əvvəl İranın nüvə proqramının atom bombası əldə etməsinə imkan verməyəcək şəkildə təsdiqlənməsini istədiyini açıqlayan ABŞ-ın son vaxtlar “ziddiyyətli davranış və bəyanatlar” etdiyini, “İran xalqına qarşı sanksiyaların və təhdidlərin davam etməsi ABŞ-ın diplomatiyasının ciddiliyinə inamsızlığı və şübhəni gücləndirdi” bildirib.
Erakçi nüvə razılaşmasının Avropa tərəfləri olan İngiltərə, Fransa və Almaniyanın da mövcud mübahisələrin həlli üçün konstruktiv mövqe sərgiləmələrini gözlədiklərini ifadə edib.

BMT-nin baş katibi Quterreş isə nəticə əldə olunana qədər ABŞ-la danışıqlar prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Quterreş aprelin 26-da İranın cənubundakı limanda baş verən və onlarla insanın ölümünə səbəb olan partlayışa görə Erakçiyə başsağlığı da verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ