Pezeşkianın oğlundan “Traktor”un çempion olmasına reaksiya – FOTOLAR


İran Prezidenti Məsud Pezeşkianın oğlu Mehdi Pezeşkian Təbrizin “Traktor” komandasının ölkə çempionu olmasına reaksiya verib.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, Mehdi Pezeşkian “Instagram” hesabında bununla bağlı paylaşım edib.

Klubun azarkeşlərini çempionluq münasibətilə təbrik edən Mehdi Pezeşkian yazıb: “Təcrübəli baş məşqçi, texniki heyət və cəsur oyunçulara xüsusi təşəkkürlər!”

Qeyd edək ki, Təbriz təmsilçisi 55 illik tarixində ilk dəfə İran Pro Liqasının qalibi olub.

whatsapp image 2025 05 03 at 01.23.16 (1)

whatsapp image 2025 05 03 at 01.23.16


MANŞET XƏBƏRLƏRİ