AvroLiqada 1/8 finala çıxan bütün klubların ADLARI


UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Turkustan.az xəbər verir ki, cavab oyunlarından sonra 1/8 finala vəsiqə qazanan 8 komanda bəlli olub.

"Qarabağ" klubu Azərbaycan futbolsevərlərinə qələbə bəxş edərək növbəti mərhələyə adlayıb.

Türkiyədəki ilk matçda Praqa "Sparta"sına 3:2 hesabı ilə qalib gələn "Qalatasaray" səfərdə rəqibinə 1:3 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb.

"Qarabağ" və Çexiyanın "Sparta" klubu ilə yanaşı, İtaliyanın "Milan", Portuqaliyanın "Benfika" və "Sportinq", Almaniyanın "Frayburq", Fransanın "Marsel" və İtaliyanın "Roma" klubları da1/8 finala yüksəliblər.

Bu komandalar növbəti raundda İtaliyanın "Atalanta", İngiltərənin "Brayton", "Liverpul" və "Vest Hem", Almaniyanın "Bayer", Şotlandiyanın "Reyncers", Çexiyanın "Slaviya" (Praqa) və İspaniyanın "Vilyarreal" kollektivlərinə qoşulacaqlar. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ