Sərnişinlərin NƏZƏRİNƏ: 11 marşrut bu dayanacaqlarda saxlamayacaq


Paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfində aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinlik və diskomfort yaranacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Azəbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bu hal nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.

“Avqustun 11-də isə sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək”, - deyə məlumatda qeyd edilib.


MANŞET XƏBƏRLƏRİ