Ukrayna Tatarıstanı vurdu: 10 ölü, 15 yaralı - VİDEO


Ukrayna ordusu Tararıstan Respublikasının Nijnekamsk şəhərindəki neft emalı zavoduna PUA zərbələri endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Nijnekamsk və Çistopolye sakinləri şəhərləri üzərindən çoxlu sayda PUA-ların hücum etdiyini bildiriblər.

Zərbələr nəticəsində zavodda partlayış və yanğınlar qeydə alınıb.

Tatarıstan hökumətindən bildirilib ki, Ukraynanın Nijnekamska PUA zərbələri nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Respublika ərazisində matəm elan edilib.

Hazırda PUA hücumlarının davam etdiyi bildirilir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ