Ruslar Kinburnda tələyə düşdülər - Nosikov açıqladı


Rusiya hərbçiləri Kinburn burnunda Ukrayna qüvvələrinin daimi atəşi altında qalırlar. Bundan əlavə, düşmən təchizatla bağlı ciddi problemlər yaşayır.

Turkustan.az xəbər verir ki, bunu “Odessa” operativ-taktiki qrupunun komandiri Denis Nosikov deyib.

Nosikovun sözlərinə görə, rusiyalılar Kinburn burnunda tələyə düşüblər:

"Lakin düşmən ehtiyat qüvvələri göndərməyə davam edir və yarımadanı nəzarətdə saxlamağa çalışır. Ukrayna hərbçiləri fiziki olaraq Kinburn burnunda yerləşməsələr də, ərazi onların atəş nəzarəti altındadır. Ukrayna bayrağı yarımadada dron vasitəsilə quraşdırılıb.

Bu istiqamətdə Rusiya tərəfinin əsas qüvvəsini 337-ci əlahiddə hücum alayı təşkil edir. O, sadəcə olaraq hücum alayı adlanır, çünki hazırda hər hansı hücum əməliyyatından ümumiyyətlə söhbət getmir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ