Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz - Vuçiç


Avropa mahiyyət etibarilə Rusiyaya qarşı hibrid müharibə aparır, Kiyevə hərbi yardım göstərir və Moskvaya qarşı sanksiyalar tətbiq edir.

Turkustan.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"Siz Ukraynanı silahlandırdınız və Rusiyaya qarşı sanksiyalar tətbiq etdiniz. Eyni zamanda Ukraynaya maliyyə dəstəyi göstərdiniz, bu, Rusiyaya qarşı hibrid müharibə deyilsə, bəs nədir?",- o bildirib.

Bununla yanaşı, Vuçiç Rusiyanı necə məğlub etməyin mümkün olduğunu bilmədiyini vurğulayıb:

"Axı, son nəticədə Rusiya nüvə dövlətidir və heç kim ona elə-belə hücum edə bilməz". /axar.az/


MANŞET XƏBƏRLƏRİ