ABŞ Prezidenti Donald Tramp İranla müharibənin dayandırılması üçün yeni nüvə sazişinin imzalanmasını əsas şərt hesab etmir.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, Vaşinqton üçün hazırda əsas tələb Hörmüz boğazının tam açılmasıdır.
Tramp köməkçilərinə bildirib ki, İran boğazda gəmiçiliyi tam bərpa edərsə, atəşkəsin uzadılması və hərbi əməliyyatların dayandırılması mümkündür.
Ağ Ev hesab edir ki, İrana qarşı əməliyyatların əsas məqsədləri artıq yerinə yetirilib. Bu səbəbdən Hörmüz boğazının açılması yeni nüvə razılaşmasından daha vacib sayılır. /yenisabah.az/