Üzeyir Abas saxlanıldı - Son paylaşımından sonra - FOTO


Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs tutulub.

Turkustan.az xəbər verir ki, qanunvericiliyə zidd paylaşımlar edən 1979-cu il təvəllüdlü Üzeyir Abasdır.

Onun barəsində prosessual tədbirlər davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə özünü yazıçı və psixoloq kimi təqdim edən Üzeyir Abasın son dəfə hicablı bir qızla yanaşı olduğu fotonu paylaşıb.

Həmin paylaşımda mübahisəli və qeyri-etik ifadələr işlədib. Sosial şəbəkə istifadəçilərinin bir qismi fotonun süni intellekt vasitəsilə hazırlandığını iddia etsə də, Üzeyir Abas sonradan yaydığı video müraciətdə fotonun qızın razılığı ilə çəkildiyini bildirib./"Yeni Sabah"


MANŞET XƏBƏRLƏRİ