İsrail mediası xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu atəşkəsə baxmayaraq, İsrail ordusuna Livanın cənubuna hücumlarını dayandırmağı tapşırıb.
Turkustan.az xəbər verir ki, İsrailin 12-ci Kanal televiziyası Baş nazir Netanyahu və müdafiə naziri İsrail Katsın Livana hücumlarla bağlı İsrail ordusuna yeni təlimatlar verdiyini bildirib.
Hesabatda bildirilir ki, Baş nazir Netanyahu və Müdafiə naziri İsrail Kats İsrail ordusuna Livana hücumları dayandırmağı, lakin işğal olunmuş ərazilərdən çəkilməməyi əmr ediblər.
Nə İsrail hökuməti, nə də ordu hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Atəşkəsə və ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail ordusu dünən gecədən bəri Livanın cənubundakı Nəbatiyyə və ətraf şəhərlərə hava və artilleriya hücumları həyata keçirir.
Aytən Yaşar/ Turkustan.az