Hakan Fidan Antalyada Suriya prezidenti Şara ilə görüşdü


Türkiyənin Xarici işlər naziri Hakan Fidan Antalyada Suriya prezidenti Əhməd Şara ilə görüş keçirib.

Turkustan.az xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, Hakan Fidan Antalyaya səfəri çərçivəsində Suriya prezidenti Əhməd Şara tərəfindən qəbul olunub. Görüş zamanı tərəflər regional təhlükəsizlik, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün konstruktiv şəraitdə keçdiyi və dialoqun davam etdirilməsinin vacibliyinin vurğulandığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ