Gəncədə ata, ana və nənə 13 yaşlı qızdan imtina edib


Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.

Turkustan.az -ın xəbərinə görə, 2013-cü il təvəllüdlü F.Səfərovanı xəstəxanaya nənəsi gətirib.

O, nəvəsinin uşaq evinə verilməsini istəyir.

Qeyd edək ki, F.Səfərovadan öncə atası, bir müddət sonra isə anası imtina edib. O, körpəliyindən nənəsinin himayəsi altında yaşayıb.(Report)


MANŞET XƏBƏRLƏRİ