Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Hansı paylaşımlar qanunsuz sayılır? - VİDEO


Sosial şəbəkələrdə paylaşılan bir çox məzmun qanunvericilik baxımından məsuliyyət yarada bilər.

Bəs bu paylaşımlar hansılardır?

Vəkil Fəxri İsmayılov bildirir ki, yayılması qadağan olunan məzmunlara terrorçuluğun maliyyələşdirilməsi və təbliği, dövlət sirri təşkil edən məlumatlar, zorakılığın və dini ekstremizmin təşviqi, odlu silahların hazırlanması üsulları, narkotik və psixotrop maddələrin əldə edilməsi ilə bağlı məlumatlar, pornoqrafik materiallar və onların yayılması, ictimai mənəviyyatı təhqir edən, milli-mənəvi dəyərlərə zidd məzmunlar daxildir.

Onun sözlərinə görə, bu kimi paylaşımlar hüquqi məsuliyyətə səbəb olur və fiziki, hüquqi, eləcə də vəzifəli şəxslər üçün müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulur.

Müvafiq qanunvericiliyə əsasən, bu cür paylaşımlara yol verən fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək cərimələnə bilərlər.

Daha ətraflı İctimai TV-nin videomaterialında:

/oxu.az/


MANŞET XƏBƏRLƏRİ