Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Turkustan.az-ın xəbərinə görə, sözügedən müharibədə Yevlax rayon sakini 1983-cü il təvəllüdlü Kərimov Rəşad Kərim oğlu həlak olub.
Qeyd edək ki, onun bir ay əvvəl müharibəyə aparıldığı və dekabrın 27-də Ukraynanın Luqansk vilayətində öldürüldüyü deyilir.
O, Yevlax rayonunda dəfn ediləcək./lent.az