Türkiyə hərbi müdaxiləyə hazırlaşır? – Regionda yeni ittifaq iddiası


ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda regionda təsir güclərinin artması bəzi qonşu ölkələr tərəfindən birmənalı qarşılanmır. Analitiklərin fikrincə, Türkiyə, Çin və Rusiyanın mövcud vəziyyətdə ABŞ və İsrailin artan təsirini məhdudlaşdırmaq üçün vahid cəbhədə birləşməsi ehtimalı var.

Lakin digər tərəfdən, hər üç dövlətin fərqli geosiyasi maraqları və prioritetləri, eyni zamanda regional münaqişələrdəki ayrı-ayrı mövqeləri, vahid hərbi-siyasi blokun yaranmasını çətinləşdirir.

Üç ölkə arasında hərbi-siyasi ittifaqın yaradılması nə dərəcədə mümkündür? Belə bir ittifaq Yaxın Şərqdəki regional sabitliyi necə təsir edər?

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ-İsrail cütlüyünün İranla apardığı müharibə bütün gözləntilərin əksinə olan nəticələr verməkdədir:

“Yaxın Şərq və Qafqazlar da daxil olmaqla, böyük bir region ciddi təhdidlərlə üz-üzədir. İranın müqaviməti və üstəlik qarşı tərəfə əsaslı zərbələr endirməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Çox güman, baş verən proseslər müəyyən edilmiş ssenaridən kənara çıxıb. Əlbəttə, İranın özünü müdafiə hüququ var və bundan maksimum yararlanmağa çalışır. İndi deyə bilərik ki, İran cəbhədə öz müttəfiqləri ilə birlikdədir. Açıq şəkildə olmasa da, Çin və Rusiyanın ona dəstək verdiyi görünür. Bu isə ABŞ-İsrail tandeminin oz niyyətinə çatmasının qarşısını alır. Ona görə də İrana qarşı daha çox dovlətlərin müharibəyə qoşulmasını istəyirlər. Bu sıraya Avropa İttifaqı və ərəb dövlətləri də daxildir.

mutellim rehimov e1746520125131 900x725 1
Mütəllim Rəhimli

Xüsusilə, Türkiyənin də müharibəyə cəlb edilməsi üçün nə mümkündürsə, edilir. Lakin biz Türkiyənin səbirli davranışını və üstəlik İranın haqlı mövqeyini müdafiə etdiyini görürük. Zənnimcə, Türkiyə bu müharibədə daha çox neytral mövqedə qalmağa çalışır. Çünki o regionun əsas lideri olmaq niyyətindədir və buna həm layiqdir, həm də qadirdir. Ona görə də Ankara regionda öz oyununu oynayacaq. Lazım gələrsə, bölgədə xalqların hüquqlarının qorunması məqsədilə hərbi müdaxilə də edə bilər. O belə qüdrətə malikdir. Suriyada da bunu sübut edib”.


MANŞET XƏBƏRLƏRİ