Ukrayna Rusiyanın nəhəng neft anbarını vurdu - VİDEO


Ukrayna dronları Rusiyanın Krasnodar diyarında yerləşən Tixoretsk rayonundakı neft anbarına zərbələr endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində “Tixoretsk-Nafta" MMC-nin yükləmə məntəqəsinə məxsus neft anbarındakı çənlərdə yanğın baş verib.

Yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar vilayəti üzrə Baş İdarəsinin mütəxəssisləri də daxil olmaqla, 83 nəfər və 26 texnika cəlb edilib.

Xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, “Tixoretsk” neft mərkəzi Rusiyanın cənubundakı ən böyük neft yükləmə məntəqələrindən biridir. Krasnodar ərazisində yerləşir və "Transneft" şirkətinin törəmə müəssisəsi olan “Tixoretsk-Nafta” MMC tərəfindən idarə olunur. Obyekt böyük bir neft anbarı və aşırma terminalıdır. /axar.az/


MANŞET XƏBƏRLƏRİ