ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana hücumları ilə bağlı yeni bir açıqlama yayıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın təkcə özünü İrandan gələn təhdidlərdən müdafiə etməklə kifayətlənmədiyi, həm də bu təhdidləri sistematik şəkildə aradan qaldırdığı bildirilib və əlavə edilib ki, "İran rejimi hava gücünü gündən-günə itirir".
Mərkəzi Komandanlıq (CENTCOM) tərəfindən yayımlanan yeni hücum görüntülərində İran rejiminin çoxsaylı hərbi təyyarələrinin hava hücumlarında məhv edildiyi göstərilir.
Bu arada ABŞ prezidenti Donald Tramp özünün də adlandırdığı "Epik Qəzəb Əməliyyatı" çərçivəsində İrana qarşı əhəmiyyətli uğurlar qazanıldığını iddia etdi. Tramp İranın hərbi imkanlarının əhəmiyyətli dərəcədə zəiflədiyini və son 11 gündə həyata keçirilən əməliyyatların İranın hava qüvvələrini əsasən zərərsizləşdirdiyini iddia etdi.
Tramp deyib: "Onların hava qüvvələri qalmayıb. Onların radarları yoxdur. Onların zenit sistemləri yoxdur. Raketlərinin 90 faizi və dronlarının 85 faizi məhv edilib. Biz həmçinin onların istehsal olunduğu fabrikləri daim bombalayırıq".
Aytən Yaşar/ Turkustan.az