Rusiya və ABŞ rəsmiləri enerji bazarlarındakı böhranı müzakirə etdi


Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qlobal enerji bazarlarındakı böhranı ABŞ rəsmiləri ilə müzakirə etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri olan Dmitriyev Telegram-da yazılı açıqlamasında ABŞ-a səfər etdiyini bildirib.

Dmitriyev Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun rəhbərləri ilə görüş keçirdiklərini qeyd edərək bildirib ki, "Rusiya-ABŞ münasibətlərinin canlanmasına və dünya enerji bazarlarındakı mövcud böhrana töhfə verə biləcək perspektivli layihələr müzakirə olunub".

Dmitriyev qeyd edib ki, ABŞ və bir çox digər ölkələr Rusiyaya qarşı sanksiyaların vurduğu ziyanı və Rusiya nefti və təbii qazının dünya iqtisadiyyatının sabitliyinin təmin edilməsindəki mühüm rolunu anlamağa başlayırlar.

Qlobal əmtəə ticarəti üçün ən vacib tranzit nöqtələrindən biri olan Hörmüz boğazında gəmiçilik hərəkəti, ABŞ və İsrailin İrana və Tehrana qarşı birgə hücumlarından sonra dayanmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ