"Atam "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilib. Nəfəsalmada problem yaşayırdı. Dünən ani olaraq vəziyyəti ağırlaşıb".
Turkustan.az xəbər verir ki, bu barədə oxu.az-a şair, professor Məmməd İsmayılın qızı İntizar İsmayıl məlumat verib.
O qeyd edib ki, M.İsmayılın indiki vəziyyəti stabildir:
"Bu, indiki vəziyyətidir, iki-üç saat sonra nə olacaq, bilmirəm. Biz inanırıq ki, yaxşı olacaq".
Xatırladaq ki, Məmməd İsmayılın sağlamlığındakı problemlərə görə Heydər Əliyev Fondu müalicəsini öz üzərinə götürüb.