QHT sədri Ağdamın Sarıcalı kəndində maarifləndirici tədbirləri davam etdirir


Ciraq Humanitar və İnkişaf ictimai birliyi “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsi uğurla davam etdirir.

Layihə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihədə qarşıya qoyulmuş məqsədə uyğun olaraq növbəti fəaliyyət işğaldan azad olunmuş Ağdam rayonunun Sarıcalı kəndinə, doğma ata-baba yurdlarına geri qayıtmış keçmiş məcburi köçkünlər üçün mina və partlamamış hərbi sursatlar təhlükəsinə dair maarifləndirici tədbir olmuşdur.Tədbirdə iştirakçılara mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə layihə rəhbəri Nadir Cəfərov, təlimçi – mütəxəssis Ruslan İbrahimbəyli və Minalar Əlehinə Azərbayca kompaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov tərəfindən ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Bütün tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılmışdır.

Daha sonra tədbirin davamı olaraq Ağdam rayonu, Sarıcalı kəndində yeni məskunlaşmış bir neçə ailə ilə (yaşlı və uşaqlarla) görüşüb yaşadığları ünvanda onlara maarifləndirici məlumat və bukletlər verilmişdir.

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ