ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) etdiyi səfərdən vətənə trilyonlarla dollar dəyərində silah satışı və investisiya müqavilələri ilə qayıdır.
Turkustan.az xəbər verir ki, dünyanın yaxından izlədiyi Yaxın Şərq turu çərçivəsində Tramp mayın 13-16-da müvafiq olaraq Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də olub.
İş dünyasından siyasətə keçən Trampın səfəri zamanı sərmayə, silah və müdafiə sazişləri əsas gündəm bəndləri olub.
Üç günlük səfərindən sonra Tramp ölkəsinə təxminən 3,2 trilyon dollarlıq sövdələşmələrlə qayıtdı.Trampın bölgəyə səfərinə baxmayaraq, Qətərin paytaxtı Dohada HƏMAS ilə İsrail arasında atəşkəs və əsir mübadiləsi danışıqlarından hələlik müsbət xəbər yoxdur. Trampın səfəri zamanı gözlənilənlərin əksinə olaraq Qəzzada atəşkəslə bağlı heç bir mesaj verilmədi.
Aytən Yaşar/ Turkustan.az