Rusiya və Ukrayna son üç ildə ilk dəfə sülh danışıqları üçün İstanbulda bir araya gəlib.
Turkustan.az xəbər verir ki, Dolmabahçedə keçirilən Türkiyə-Rusiya-Ukrayna danışıqlarının ardından Ukrayna və Rusiya nümayəndə heyətləri açıqlamalar verib.
İstanbul sülh danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Medinski deyib: “Rusiya və Ukrayna mümkün atəşkəslə bağlı fikirlərini ətraflı şəkildə təqdim edəcəklər, bundan sonra danışıqlar davam etdiriləcək”.
"Yaxın günlərdə 1000 məhbusun 1000 nəfər üçün genişmiqyaslı mübadiləsi aparılacaq" deyən Medinski: "ümumiyyətlə danışıqların nəticələrindən razıyıq və təmasları davam etdirməyə hazırıq" dedi.
Ukraynanın müdafiə naziri Umerov: “Rusiya ilə 1000 nəfərin 1000 nəfərə dəyişdirilməsi ilə bağlı razılığa gəldik” -deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az