İsrailin baş naziri Netanyahu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff və ABŞ dövlət katibi Marko Rubio ilə məhbus mübadiləsi danışıqları ilə bağlı telefon danışığı apardığını qeyd edib.
Turkustan.az xəbər verir ki, Netanyahu X sosial media platformasındakı video paylaşımında bunları deyib: "Qəzzəyə tətbiq etdiyimiz hərbi təzyiq 148 nəfərin azad edilməsinə imkan verdi. Ən azı daha 20 əsir sağdır".
Təl-Əviv hökuməti Qəzzada 50-dən çox əsir olduğunu təxmin edir.
Həmas dünən verdiyi açıqlamada Netanyahunun "sonsuz müharibə" istədiyini və israilli məhbusların həyatına əhəmiyyət vermədiyini bildirib.
Vurğulanıb ki, vasitəçi ölkələrin Misir və Qətər danışıqlar səylərinə baxmayaraq, İsrail Fələstinli mülki əhaliyə təzyiqləri artıraraq və bombardmanları gücləndirərək öz şərtlərini tətbiq etməyə çalışır.
Aytən Yaşar/ Turkustan.az