Ərdoğan: Qəzzada qalıcı atəşkəs üçün bütün imkanlarımızı səfərbər etməliyik


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı yeni açıqlama verib.

Turkustan.az xəbər verir ki, Ərdoğan Tiranada Avropa Siyasi Birliyi Zirvə Toplantısının Baş Sessiyasında çıxış edib.

Ərdoğan: "Rusiya-Ukrayna prosesin həssaslığına görə heç bir şey tətbiq etmədən tərəfləri təşviq etmək ədalətli və davamlı sülhün əldə olunması baxımından çox əhəmiyyətlidir. Qəzzada atəşkəsin bərqərar olması üçün Avropadan lazımi şövq və marağı göstərməsini gözləyirik. Biz bütün imkanlarımızı səfərbər etməliyik ki, Qəzzada yenidən atəşkəs olsun"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ