Azərbaycan ərazisində yanvarın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti yağmursuz keçir, bəzi yerlərdə külək müşahidə olunur.
Bir sıra ərazilərdə cənub-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan, Xızıda 18, Qobustanda 16 m/s-dək güclənir.
Qar örtüyünün hündürlüyü tədricən azalıb və Şahbuzda 48, Qaxda 34, Qusarda 25, Lerikdə 20, Xınalıqda 19, Yardımlıda 15, Gədəbəydə 14, Daşkəsəndə 9, Şahdağda 10, Quba, Altıağac, Sədərək, Şəkidə 6, Qəbələdə 3, Şərur, Ordubad, Qobustanda 2 sm təşkil edir.