Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Venesuela Prezidenti Nikolas Maduro haqda diqqətçəkən paylaşım edib.
Turkustan.az xəbər verir ki, o, ABŞ-ın niyə məhz Venesuela liderini hədəf seçdiyinin qısa izahatını verib.
“Niyə “Maduro”? Dünənə qədər dünyada birbaşa və ya dolayı yolla ABŞ-ın nəzarəti altında olmayan yalnız üç əsas neft ixrac edən ölkə var idi: Rusiya, İran və Venesuela. İndi isə iki…”, – deyə sabiq nazir bildirib.
Qeyd edək ki, ötən gün ABŞ ordusu Venesuelaya zərbələr endirib. Nəticədə Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirilib. Artıq onlar Nyu-Yorka gətirilib.
“NBC News”un məlumatına görə, Venesuela liderinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir./Globalinfo.az