Bu üsulla daha aşağı faizlə kredit götürmək MÜMKÜNDÜR


Bu gün biznes qurmaq və yaxud biznesini inkişaf etdirmək istəyən hər kəsə kredit lazımdır.

Amma yerli bankların təklif etdiyi kredit faizləri kifayət qədər yüksək olduğundan sahibkarlar bu yükün altına girmək istəmirlər. Halbuki xarici ölkələrlə müqayisədə bizdə bank faizləri kifayət qədər yüksəkdir.

Bəs yerli sahibkarlar və ya fiziki şəxslər xarici banklardan kredit ala bilərlərmi?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli cavablandırıb. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, fiziki şəxslər xarici banklardan kredit ala bilər:

“Amma bu, asan proses deyil və hər kəs üçün əlçatan sayılmır. Əsas şərt odur ki, həmin bankın tələblərinə cavab verəsən. Adətən xarici banklar yalnız öz ölkəsində yaşayanlara, orada işləyənlərə və ya rəsmi gəliri olanlara kredit verir. Əgər həmin ölkədə yaşayış icazən, iş müqavilən və ya bank hesabın yoxdursa, kredit almaq çox çətin olur.

Xarici banklar riskə getməmək üçün əcnəbilərdən əlavə təminat tələb edir.

Bu, girov, yüksək gəlir sübutu və ya həmin ölkədə zamin ola bilər. Sadəcə Azərbaycanda yaşayıb, uzaqdan müraciət etməklə kredit almaq, demək olar ki, mümkün deyil. Onlayn kredit və ya “xarici bankdan asan kredit” adı ilə təklif olunan elanlara da ehtiyatla yanaşmaq lazımdır. Bu cür təkliflərin çoxu dələduzluq xarakterli olur.

Qısaca desək, fiziki şəxs yalnız xarici ölkə ilə real əlaqəsi varsa, orada yaşayırsa, işləyirsə və ya ciddi maliyyə təminatı varsa, xarici bankdan kredit ala bilər”.


MANŞET XƏBƏRLƏRİ