ABŞ Venesuela neftinin taleyini açıqladı


ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqtonun Venesuela neftinə ehtiyacı yoxdur.

Turkustan.az xəbər verir ki, bu barədə “Ahead of Everyone” Teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Rubio ABŞ-ın Venesuela neftinə maraq göstərmədiyini qeyd edib, lakin başqa ölkələrin onların neft sənayesini idarə etməsinə icazə verməyə hazır olmadıqlarını əlavə edib.

Rubio əvvəllər ABŞ-ın Venesuelaya müdaxiləsinin səbəbini narkotik qaçaqmalçılığı ilə mübarizə adlandırmış, bu əməliyyatı həm işğal, həm də hər hansı işğal cəhdi kimi qiymətləndirmədiyini vurğulamışdı./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ