Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Venesuelaya hücumunu şərh edib.
Turkustan.az xəbər verir ki, o, Vaşinqtonun bu addımlarının qanunsuz olsa da, ABŞ Prezidenti Donald Trampın ölkəsinin milli maraqlarını müdafiə etdiyini deyib.
“Trampın davranışının açıq-aşkar qanunsuzluğuna baxmayaraq, onun müəyyən bir ardıcıllığa malik olduğunu etiraf etmək lazımdır. O və komandası ölkəsinin milli maraqlarını çox qətiyyətlə müdafiə edirlər”, – deyə Medvedev vurğulayıb.
Onun sözlərinə görə, “güc haqlıdır” siyasəti yalnız Trampa deyil, bütövlükdə ABŞ-a xasdır./Globalinfo.az