Venesuelaya qurudan da hücumlar başladı: İnsanlar paytaxtdan qaçır


Venesuela hökuməti hücumların ABŞ tərəfindən həyata keçirildiyini açıqladı.

Turkustan.az xəbər verir ki, bəyanatda hədəfin Venesuelanın neft və qiymətli metal ehtiyatları olduğu vurğulandı. Maduro administrasiyası ABŞ-ın uğur qazana bilməyəcəyini bildirdi və milli fövqəladə vəziyyət elan etdi.

Reuters agentliyi ABŞ qoşunlarının hava hücumlarından sonra quru əməliyyatına başladığını bildirib. Hücumlardan sonra paytaxtda panika yayıldığı və mülki şəxslərin Karakası tərk etməyə başladığı bildirilir.

Venesuela Prezidenti Maduro ölkədə fövqəladə vəziyyət elan etdi. Xalqı "bu imperialist təcavüzü məğlub etmək" üçün səfərbər olmağa çağıran Maduro, "Biz silahlı münaqişəyə doğru irəliləyirik. Bütün müdafiə qüvvələri dərhal ölkə daxilində yerləşdiriləcək" dedi.

Kolumbiya prezidenti Qustavo Petro da Karakasın bombalandığını və Venesuelaya raketlərlə hücum edildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ