Xəbər verdiyimiz kimi, ABŞ-ın Karakasa desant qüvvələri endirməsi barədə məlumatlar yayılıb.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Venesuela hərbi obyektlərinə hücum edib, Karakasdakı hava bazalarına zərbələr endirilib.
Qeyd olunub ki, Karakas üzərində təxminən on ABŞ helikopteri müşahidə edilib. Görüntülərdə hücum təyyarəsi də qeydə alınıb.
Məlumatlara görə, ölkənin şimalındakı Vargas ştatında Hərbi Dəniz Akademiyasının yerləşdiyi dəniz bazasına da ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələri qırıcı təyyarələri havaya qaldırıb.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp Venesuela lideri Maduro və həyat yoldaşının ələ keçirildiyi və ölkədən çıxarıldığını açıqlayıb.