"ABŞ tərəfindən Karakasda həm mülki, həm də hərbi obyektlərə hücumlar həyata keçirilib".
Turkustan.az xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib, Venesuela Silahlı Qüvvələri ölkənin suverenliyini qorumaq üçün tam hazırlıq vəziyyətinə gətirilib.
Venesuela XİN ABŞ-nin bu hücumları ölkənin strateji resurslarını ələ keçirmək məqsədilə həyata keçirdiyini bildirib./publika.az