Kuba prezidenti ABŞ-ı Venesuelaya hücumlara görə qınadı


Kuba prezidenti Miguel Diaz-Canel ABŞ-ı Venesuelaya edilən hücumlara görə günahlandıraraq qınadı.

Turkustan.az xəbər verir ki, Diaz-Kanel, Amerika şirkətinin X sosial media platformasında verdiyi açıqlamada, hava hücumuna məruz qalan Venesuelaya dəstəyini ifadə etdi.

Kuba Prezidenti Diaz-Kanel bildirib ki, "Kuba ABŞ-ın Venesuelaya qarşı cinayətkar təcavüzünü pisləyir və beynəlxalq ictimaiyyətdən təcili reaksiya tələb edir".

Dinc bir bölgənin vəhşicəsinə hücumlara məruz qaldığına diqqət çəkən Diaz-Kanel, ABŞ-ı "Venesuela xalqına və Amerika qitəsinə qarşı dövlət terrorizmi tətbiq etməkdə" günahlandırdı.

Venesuelanın paytaxtı Karakasda partlayış səsləri eşidilib.

Venesuela hökuməti hücumlara görə ABŞ-ın məsuliyyət daşıdığını və Prezident Maduronun ölkə daxilində "xarici müdaxilə səbəbindən fövqəladə vəziyyət" elan edən fərman imzaladığını açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ