ABŞ ilə Venesuela arasındakı gərginlik pik həddə çatdıqda, Venesuelanın paytaxtı Karakasda güclü partlayışlar və təyyarələrin səsi eşidildi, ardınca isə tüstü göründü.
Turkustan.az xəbər verir ki, partlayışlardan sonra bir çox məhəllədə sakinlərin evlərini tərk edərək küçələrə çıxdığı, bəzi ərazilərdə partlayış səslərinin uzaqdan aydın eşidildiyi bildirilir.
Aşağı hündürlükdə uçan təyyarələr də şəhərdə çaxnaşmaya səbəb olub. Şəhərin cənub hissəsində, böyük bir hərbi bazanın yaxınlığında elektrik kəsilməsi baş verib. Hələlik hər iki tərəfdən rəsmi açıqlama verilməyib.
Kolumbiya prezidenti Qustavo Petro sosial mediada bildirib ki, "Karakas hazırda hücum altındadır. Onlar Venesuelaya hücum ediblər. Onlar raketlərlə bombalayırlar. Amerika Dövlətləri Təşkilatı (ADT) və BMT dərhal toplanmalıdır".
Aytən Yaşar/ Turkustan.az