Nyu-Yorkun ilk müsəlman meri Zöhran Mamdani, sələfi Erik Adamsın İsraili dəstəkləyən bir neçə sərəncamını ləğv etdi.
Turkustan.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, dünən and içən Mamdani əvvəlki administrasiya dövründə verilən bəzi qərarlara qarşı tez bir zamanda tədbirlər görüb. İmzaladığı fərmanla Mamdani Erik Adamsın 2024-cü ilin sentyabr ayından etibarən qüvvədə olan bütün fərmanlarını ləğv edib.
Ləğv edilən qaydalar arasında Adamsın İsraili dəstəkləmək üçün səlahiyyətlərindən istifadə edərək verdiyi sərəncamlar da var idi. Bunlardan biri ötən ay imzalanan və şəhərdəki qurumlara İsraili boykot etməyi və ya İsraildən investisiyaları geri çəkməyi qadağan edən sərəncam idi .
Adams tərəfindən 2025-ci ilin iyun ayında imzalanan başqa bir icra sərəncamı antisemitizmin tərifini genişləndirərək İsrailə yönəlmiş müəyyən tənqid növlərini də əhatə edirdi . Bu qayda da Mamdani tərəfindən ləğv edilən sərəncamlar arasında idi.
Uqandada anadan olan 34 yaşlı Zöhran Mamdani, 4 noyabr seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, ötən əsrdə ABŞ-ın ən böyük şəhərinin ən gənc və ilk müsəlman meri olub.
Mamdani dünən minlərlə Nyu-Yorklunun qatıldığı ictimai mərasimdə Qurana əl basaraq and içərək Nyu-Yorkun ilk müsəlman meri vəzifəsinə rəsmi olaraq başlayıb.
İsrail Xarici İşlər Nazirliyi özünün X hesabında dərc etdiyi açıqlamada bu gün vəzifəyə başlayan Mamdanini əvvəlki mer Erik Adamsın qərarlarını dəyişdirdiyinə görə tənqid edib.
İsrail Xarici İşlər Nazirliyi, Mamdaninin ilk gündən əsl üzünü göstərdiyini iddia edərək, "bu, liderlik deyil, bu, odun üzərinə antisemitizm tökməkdir" deyə iddia etdi.
Aytən Yaşar/ Turkustan.az