Çin avtomobil istehsalçısı BYD, ABŞ-ın elektrikli nəqliyyat vasitələri istehsalçısı Tesla-nı geridə qoyaraq 2025-ci ildə "dünyanın ən böyük elektrikli nəqliyyat vasitələri satıcısı" oldu.
Turkustan.az xəbər verir ki, şirkətin 2025-ci il hesabatına görə, BYD-nin elektrikli, batareyalı, hibrid və yanacaq elementli elektrikli nəqliyyat vasitələrini əhatə edən "yeni enerji nəqliyyat vasitələri (NEV)" satışları bu dövrdə 7,7 faiz artaraq 4,6 milyona çatıb.
NEV satışları daxilində elektrikli nəqliyyat vasitələrinin (EV) satışları illik müqayisədə 28,7 faiz artaraq 2,25 milyona çatıb, ən yaxın rəqibi, sektorda dünya lideri olan Tesla isə 2025-ci ildə satışlarının illik müqayisədə 8,6 faiz azalaraq 1,63 milyona düşəcəyini açıqlayıb. Beləliklə, Çinin Şençjen şəhərində yerləşən BYD "dünyanın ən böyük elektrikli nəqliyyat vasitəsi istehsalçısı" olub.
Aytən Yaşar/ Turkustan.az