Fövqəladə vəziyyət elan edən Maduro qoşunlarına mövqeləri tutmağı əmr etdi


Venesuelanın paytaxtı Karakasda yeddi partlayış baş verib . Məlumata görə, partlayışlar böyük bir hərbi bazanın yaxınlığında baş verib.

Turkustan.az xəbər verir ki, ərazidə reaktiv təyyarələrin səsləri eşidilib və Fort Tiuana limanına hava hücumu edildiyi iddia edilib. Venesuela hökumətinin rəsmi açıqlamasında ABŞ-ın hərbi təcavüzü rədd edilib və cavab tədbirləri görüləcəyi bildirilib. Bundan əlavə, Prezident Nikolas Maduro fövqəladə vəziyyət elan edib.

Venesuela hökuməti rəsmi açıqlamada ABŞ-ın hərbi təcavüzünü rədd edərək bildirib ki, "bu cür təcavüz, xüsusən də Latın Amerikası və Karib dənizində beynəlxalq sülh və sabitliyi təhdid edir və milyonlarla insanın həyatını ciddi şəkildə təhlükə altına qoyur".

Hökumət ABŞ-ı "Venesuelanın strateji sərvətlərini, xüsusən də neft və minerallarını ələ keçirməyə çalışmaqda" və "ölkənin siyasi müstəqilliyini zorla pozmağa cəhd etməkdə" günahlandırdı.

Bəyanatda deyilirdi: "Biz imperialist təcavüzünə qarşı bütün müdafiə planlarımızı işə salmaqla cavab verəcəyik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ