TƏCİLİ: Trampdan ŞOK AÇIQLAMA: Maduro və həyat yoldaşı tutularaq ölkədən çıxarıldı


Venesuelada baş verən və ölkəni ABŞ ilə müharibə həddinə çatdıran çoxsaylı hücumlardan sonra Prezident Tramp ilk açıqlamasını verdi.

Turkustan.az xəbər verir ki, Venesuelada paytaxt Karakas da daxil olmaqla, dörd şəhərdə bir sıra partlayışlar baş verib. Ölkədə genişmiqyaslı panika hökm sürüb və fövqəladə vəziyyət elan edilərkən, ABŞ prezidenti Trampın xəbər başlıqlarına səbəb olacağı gözlənilən bir açıqlaması olub.

ABŞ Prezidenti Tramp açıqlamasında aşağıdakı açıqlamaları verib:

"Amerika Birləşmiş Ştatları Venesuela və onun lideri Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı hücumu uğurla həyata keçirib. Maduro və həyat yoldaşı tutulub və ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə əlaqələndirilərək həyata keçirilib. Əlavə məlumat daha sonra açıqlanacaq. Bu gün saat 11:00-da Mar-a-Laqoda mətbuat konfransı keçiriləcək."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ