Qəzzada Huzaa şəhəri "fəlakət zonası" elan edildi


Huzaa Bələdiyyəsi tərəfindən edilən yazılı açıqlamada İsrailin davam edən hücumlarının qəsəbədə həyatın bütün sahələrini hədəf aldığı və 20-ci ayına qədəm qoyan “soyqırım”ın bir parçası olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, açıqlamada: “İsrailin Huzaa qəsəbəsinin bütün yaşayış məntəqələrini birbaşa və davamlı olaraq hədəfə aldığı hücumlar səbəbindən şəhəri fəlakət bölgəsi elan edirik”-deyə, bildirilib.

Bələdiyyə İsrailin hücumları zamanı evlərin, səhiyyə və təhsil müəssisələrinin dağıldığını, yolların və infrastrukturun tamamilə dağılaraq istismardan çıxarıldığını vurğulayıb.

Bəyanatda qəsəbə sakinlərinin intensiv bombardman və atəş altında köç etmək məcburiyyətində qaldığı, baş verənlərin beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğu qeyd edilib.

Bəyanatda qeyd edilib ki, “Xuzaadakı dağıntı bütün gözləntiləri üstələyib”.

Xan Yunisin şərqində yerləşən Xuza, Karara, Abasan və Beni Süheyla qəsəbələri günlərdir ki, İsrail ordusunun havadan və qurudan intensiv hücumlarına məruz qalır.

Ədəb şahidləri çox sayda evin partlayıcılarla dağıdıldığını və İsrail ordusunun bölgədə dağıtma fəaliyyətlərini davam etdirdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ