“Sülh sazişinin imzalanmasını Azərbaycan tərəfi istəyir. Yəni biz mümkün qədər çalışırıq ki, sülh sazişi imzalansın. Bununla bağlı Azərbaycanın mövqeyi var və ən yüksək səviyyədə Cənab Prezident özü dəfələrlə bu barədə deyir ki, Azərbaycan COP 29 tədbirinə qədər sülh sazişinin imzalanmasını istəyir”.
Bu fikirləri Turkustan.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev söyləyib.
Politoloq bildirib ki, “ancaq Ermənistanın qeyri konstruktiv mövqe sərgiləməsi bu prosesə mane olur. Ermənistan üzərinə götürdüyü öhdəliklərdən imtina etmək istəyir. Yəni həmin öhdəlikləri qəbul etmək istəmir, bəzən Londonda olduğu kimi görüşlərdən qaçır. Çox təəssüflər olsun ki, yenə silahlanır. Zvartnos hava limanına Fransadan təyyarələr gəlir və həmin təyyarədə silahların olduğu ehtimal edilir. Bu kimi hadisələr onu göstərir ki, Ermənistan tərəfi hələ də nəyəsə ümid edir. Onların içərisində hələ də nəyəsə ümid edən qüvvələr var. Bu çox təəssüfləndirici faktdır. Mümkün qədər Azərbaycan çalışır ki, sülh müqaviləsi imzalansın.
Əgər Ermənistan belə bir mövqedə davam edərsə, yaxın gələcəkdə sülh müqaviləsi əldə olunmayacaq. Nəinki bir-iki aya, hətta bu illərdə çəkə bilər. Ermənistan bizim konkret tələblərimizi qəbul etməlidir. Ermənistan konstitusiyasında olan maddələrin dəyişdirilməsi, anklav kəndlərlə bağlı hazırda müzakirələr, Qərbi Azərbaycandan soydaşlarımızın qayıtması və öz kommunikasiya xətlərinin açılması kimi proseslər öz həllini tapmalıdır. İlk növbədə Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyə əleyhinə olan maddələ dəyişdirilməlidir. Necə ki, bu məsələ öz həllini tapmayacaq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi uzanacaq. Ermənistan bunu nəzərə almalıdır və optimist şəkildə hərəkət etməlidir. Ortaya prinsipial mövqe qoyaraq Azərbaycanla sülh masasına oturmalı və Azərbaycanın haqlı tələblərini qəbul edərək müqavilə imzalanmalıdır”.
Eltac Zülfüqaroğlu/Turkustan.az