AB Ermənistana silah üçün pul ayırdı – İlk dəfə


Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması ilə bağlı qərar rəsmən təsdiqlənib.

Turkustan.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Qərar Avropa Birliyi-Ermənistan tərəfdaşlığı çərçivəsində qəbul edilib.

Rəsmi İrəvana dəstək üçün ayrılan yardımın məqsədi Ermənistan ordusunun maddi-texniki imkanlarını artırmaqdır.

Qeyd edək ki, bu, Avropa Sülh Fondundan Ermənistana ayrılan ilk rəsmi hərbi yardımdır. (axar.az)


MANŞET XƏBƏRLƏRİ