Sarkisyan xəbərdarlıq etdi: “Bakı və İrəvan problemi danışıqla həll edə bilməsə…”


“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən ilkin olaraq ciddi nəticələri və yekun qərarları gözləməyə ehtiyac yoxdur”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Suren Sarkisyan deyib.

“Bakının qalib kimi ilkin şərtlər irəli sürməsi mümkündür, Lakin İrəvan öz növbəsində uduzmuş tərəf mövqeyindən çıxış etdiyi üçün ilkin şərtlər irəli sürə bilməz. Belə hallarda uduzan tərəf öz maraqlarını bərabər şəkildə təmin edə bilməz. Təbii ki, ABŞ-ın işə qarışmasının bu mənada müəyyən balansa gətirib çıxara bilməsi mümkündür. Lakin anlamaq lazımdır ki, İrəvan və Bakı birbaşa, vasitəçisiz danışıqlar aparır. Bu həm baş nazirin müavinləri səviyyəsində, həm də ölkə liderləri səviyyəsində aparılan danışıqlara aiddir. Danışıqların vasitəçilərsiz davam etdirilməsi də Azərbaycanın ilkin şərti idi və Ermənistan bunu qəbul etdi”, – Sarkisyan bildirib.

“Əgər Rusiyanın bizim regionda və ya Ermənistanda fəal iştirak etmək imkanı və ya resursları yoxdursa, o zaman bu boşluğu digər oyunçular doldurur. Supergüclər arasında bu rəqabət həmişə olub. Vaşinqton həmişə Cənubi Qafqaz regionunda münaqişələrin həllinin Rusiyanın regiondan çıxmasına və ya ən azından burada Moskvanın təsirini balanslaşdırmağa imkan verəcəyinə inanıb. Bu baxımdan ABŞ münaqişənin həllini prioritet hesab edir, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münaqişələrinin həllinə nail olmağa çalışır. ABŞ 30 ildir ki, bu strategiyadan istifadə edir. Amma tərəflər danışıqlar yolu ilə problemlərin həllinə nail ola bilməsələr, o zaman hərbi komponent işə başlaya bilər. Yəni daha güclü tərəf məsələni güc yolu ilə həll etməyə çalışacaq. Ermənistan-Azərbaycan proseslərində bu həmişə nəzərə alınmalıdır”, – deyə Sarkisyan vurğulayıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ