"Rusiya heç vaxt Azərbaycanı təhdid etməyib" - Peskov


Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq və ölkələr arasında gərginlik yaratmaq cəhdlərini görür.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

"Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir. Ukrayna indi atəşə yağ tökmək, Azərbaycan tərəfini bu cür emosional hərəkətlərə təhrik etmək üçün əlindən gələni edəcək", - diplomat bildirib.

O, həmçinin iddia edib ki, Yekaterinburqda Azərbaycan vətəndaşları da daxil olmaqla, həbslər cinayətlərin istintaqı çərçivəsində baş verib. /Unikal/


MANŞET XƏBƏRLƏRİ