Azərbaycan tələb etdi: Bunlar Ermənistanın rəsmi saytlarından silindi - FOTOFAKT


Ermənistanın dövlət idarə orqanlarının saytlarında “artsax” haqqında qeydlər silinib.

Turkustan.az xəbər verir ki, bu barədə erməni müxalif fəal Artir Xaçatryan yazıb. O iddia edib ki, bütün bunlar Azərbaycanın tələbi ilə edilir.

“Yazılıb ki, saytın “yenilənməsi” ilə əlaqədar “artsax” bölməsi Xarici İşlər Nazirliyinin rəsmi saytından çıxarılıb. Eyni səbəbdən, Müdafiə Nazirliyinin saytında da “artsax müharibəsi” bölməsi yoxdur...

Prezidentin saytından da “artsax” bölməsi çıxarılıb. Belə çıxır ki, onlar prezidentin internet saytının məzmununu “yeniləmək” qərarına gəliblər və “artsax”ın özündən başlamaqdan çəkinməyiblər.

Mən aydın şəkildə əminəm ki, azərbaycanlılar bu hakimiyyətə “ziyalılıq” yoluxdurublar. Görək nə vaxt sağalacaqlar”.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ