Erməni blogerdən Əliyevə müraciət: “Kömək etmək istəyirəm”


Erməni bloger Natali Aleksanyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Turkustan.az xəbər verir ki, Aleksanyan müraciətində Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına kömək etmək istədiyini bildirib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət

Hörmətli cənab Prezident!

Başa düşürəm ki, ermənilərin Qarabağda yaşamağının yeganə yolu onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Mən Qarabağ ermənilərinin sevdiyi və fikirlərinə qulaq asdığı biriyəm.

Bunları nəzərə alaraq xahiş edirəm ki, mənə təcili olaraq Xankəndiyə gəlməyə, həmyerlilərimin yanında olmağa, dəstək göstərməyə və reinteqrasiya prosesinə kömək etməyimə icazə verəsiniz.

Hörmətlə, Natali Aleksanyan”

Qeyd edək ki, blogerin müraciətində Azərbaycan ərazisi olan şəhərin adını soydaşlarından fərqli olaraq”Stepanakert” əvəzinə “Xankəndi” şəklində qeyd etməsi diqqət çəkib. (Globalinfo.az)


MANŞET XƏBƏRLƏRİ