SON DƏQİQƏ: Qarabağdakı rejimin özünü buraxmasına Kremldən REAKSİYA GƏLDİ


Kreml Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanatı nəzərə alıb.

Turkustan.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı açıqlamasında bildirib.

Peskov qeyd edib ki, Moskva regiondakı vəziyyəti, ilk növbədə, humanitar aspekti diqqətdə saxlayır:

“Bu, ən mühüm məqamdır”, - deyə Kreml rəsmisi vurğulayıb.

Onun sözlərinə görə Rusiya sülhməramlı kontingenti insanlara yardımı davam etdirir: "Hazırda Qarabağdakı ermənilərin böyük hissəsi Ermənistan tərəfə keçmək arzusunu bildirir və bunu istəyən hər kəsə dəstək göstərilir". /apa.az/


MANŞET XƏBƏRLƏRİ