Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə iqtisadiyyatı və enerji sektoru üçün strateji əhəmiyyət kəsb edən TRIPP layihəsinin icra müddətini rəsmən elan edib.
Turkustan.az xəbər verir ki, Baş nazir 2026-cı ildə layihə üzrə praktiki işlərin — "yerdəki işlərin" başlayacağına əmin olduğunu bildirib. Paşinyanın hesablamalarına görə, layihə çərçivəsində ən qısa zamanda istismara veriləcək sahə elektrik ötürücü xətləri olacaqdır. Hökumət başçısı bu nəhəng layihənin həm də genişmiqyaslı məşğulluq imkanları yaradacağını xüsusi vurğulayıb.
O, yeni yaradılacaq iş yerlərində məhz Ermənistan vətəndaşlarının çalışacağına ümid etdiyini və şirkətlərin xarici ölkələrdən işçi qüvvəsi cəlb etməsinə ehtiyac qalmayacağını qeyd edib.
Qeyd edib ki, bu layihə Ermənistanın enerji müstəqilliyi və daxili əmək bazarının canlandırılması istiqamətində atılan ən iddialı addımlardan biri kimi təqdim olunur.
Hazırda layihənin texniki detalları və icra qrafiki beynəlxalq tərəfdaşlarla müzakirə edilməkdədir. /Musavat.com/