Ermənistan Azərbaycanı beynəlxalq sammitə dəvət etdi


“Gürcüstan Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində iştirak edəcək, Türkiyə və Azərbaycandan hələlik cavab yoxdur”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

Qonşu ölkələrimizdən hansının sammitdə iştirak edəcəyi ilə bağlı suala erməni diplomat belə cavab verib:

“Gürcüstan, Azərbaycan və Türkiyə bu formatın üzvləridir, artıq onlara dəvətnamələr göndərilib. Gürcüstan tərəfindən Baş nazirin (İrakli Kobaxidze) tədbirdə iştirak edəcəyi barədə təsdiqnaməmiz var, amma hazırda Türkiyə və Azərbaycandan heç bir təsdiq yoxdur”.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin sammiti mayın 12-də keçiriləcək. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ