Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI


“Mərkəzi Seçki Komissiyasını (MSK) parlament formalaşdırır”.

Turkustan.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.

“Məcəllədə yazılıb. 5 ildən bir olmalıdır”, - deyə o, komissiyanın indiki tərkibinin səlahiyyət müddətinin bu il başa çatması ilə bağlı suala cavabında söyləyib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Cari ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir. MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur. (Unikal)


MANŞET XƏBƏRLƏRİ