Prezidentin sakinlə zarafatı - “Qonşuyuq?”


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Turkustan.az-ın məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub.

Prezident İlham Əliyev: Təbrik edirəm. Siz nə işlə məşğul idiniz o vaxt?

Kişi sakin: Mən də burada traktorçu olmuşam. 1978-1979-cu illərdə. Sonra şofer olmuşam, kolxozda, üzümlükdə işləmişəm.

Prezident İlham Əliyev: Sonra bəs?

Kişi sakin: Otuz yaşımda da müharibə.

Prezident İlham Əliyev: Hara getdiniz?

Kişi sakin: Bakıya getdik, Buzovnada qalırdıq.

Prezident İlham Əliyev: Qonşuyuq?

Kişi sakin: Qonşuyuq. Allah köməyiniz olsun. Allah Sizi saxlasın.

Prezident İlham Əliyev: İndi də Allaha şükür, qayıtmısınız. Burada məşğulluqla problem var?

Kişi sakin: Yox, yox. Sürücü işləyirəm hələ ki.

Prezident İlham Əliyev: Burada iş çox olacaq. Zəngəzur dəhlizi də kəndin ərazisindən keçir. Burada böyük inkişaf gözlənilir, dəmir yolu da işləyəcək.

Kişi sakin: Çox sevinirik. Allah Sizi sevindirsin. Hər dəfə deyirsiniz, bizi sevindirirsiniz./qafqazinfo


MANŞET XƏBƏRLƏRİ